Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Təhsil və səhiyyəyə ayrılan vəsaitin həcminə görə regionda sonuncu yerdəyik” -MALƏSƏF...

Parlamentdə 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirələri başa çatmaq üzrədir.

Yenixeber.org: Qeyd edək ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat məbləğində proqnozlaşdırılır. Gəlirlərin 13 milyard 865 milyon manatı Dövlət Vergi Xidmətinin, 5 milyard 900 milyon manatı Dövlət Gömrük Komitəsinin xətti ilə təmin ediləcək, 12 milyard 781 milyon manatı Dövlət Neft Fondunun transferti olacaq.

İqtisadçı ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, 2024-cü ilin dövlət büdcəsində müdafiə, təhlükəsizlik, işğaldan azad edilən ərazilərdə bərpa-tikinti işləri prioritet təşkil edir: “Lakin bir məqam var ki, bütün bu işləri yalnız dövlət büdcəsi hesabına aparmaq mümkün deyil. Qarşıdakı 7 il ərzində 60 milyard manatdan artıq vəsait ayrılmalıdır ki, həmin ərazilər bərpa olunsun. Bu baxımdan yerli və xarici investorların prosesə cəlbi mütləqdir”.

“Bunun üçün normal investisiya mühiti yaradılmalı, inhisarçılıq mühiti aradan qaldırılmalı, real liberal bazar iqtisadiyyatına keçid sürətləndirilməlidir. Sosial xərclərin təxminən 5 faiz artırılması nəzərdə tutulur ki, bu da mövcud vəziyyətə adekvat deyil. Çünki inflyasiya riski yüksəkdir. Gözlənilən inflyasiya fonunda bu artımlar nəticəsiz və effektsizdir”, - deyə müsahibimiz söyləyib.

Əlavə edib ki, gələn ilin dövlət büdcəsində seçkilərin keçirilməsinə də vəsaitin artırılması nəzərdə tutulur: “Çox güman ki, gələn il həm referendum, həm də seçki keçiriləcək. Yəqin ki, parlament seçkiləri olacaq. Neft Fondundan transfertlərin artması sanki bir etirafdır ki, Azərbaycanda dayanıqlı iqtisadi modeli qura bilmirlər. Azərbaycanın qeyri-neft gəlirləri artsaydı, Neft Fondundan bu qədər böyük transfertlərə ehtiyac qalmazdı”.

“Ümumilikdə götürəndə neft sənayesindən gələn vergiləri də nəzərə alsaq, gələn ilin büdcəsinin az qala 60-65 faizi bu sektorun payına düşəcək. Neft sektoruna xidmət edən sahələri da götürsək, bu rəqəm az qala 70 faizə çatacaq. Bu, çox böyük bir asılılıqdır və bir daha sübut edir ki, indiki idarəetmə modeli ilə bu asılılıqdan qurtulmaq mümkün deyil. Gələn il, çox güman ki, Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri başlanacaq, ora da müdafiə kontekstində əlavə xərclər lazım olacaq”, - deyə Cəfərli vurğulayıb.

İqtisadçı ekspert Rəşad Həsənov mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, gələn ilin üçün büdcə layihəsi inflyasiya risklərini önləmək üçün ehtiyatlı formada tərtib olunub: “Hansı ki, ötən ilin dövlət büdcəsində büdcənin gəlir və xərclər hissəsində 20 faizlik artım nəzərdə tutulmuşdu. Bu, kifayət qədər riskli qərar idi. Çünki belə artımlar adətən inflyasiya riski yaradır. Büdcə layihəsi zamanı əsas məsələ tarazlığın gözlənilməsidir. Belə olmasa, inlfyasiya əhalinin gəlirlərini yemiş olar. Bu baxımdan 2024-cü il büdcəsində ehtiyatlı yanaşma yaranan risklərin ödənilməsi baxımından zəruridir”.

“Gələn ilin dövlət büdcəsində sosial xərclərin artırılması planlaşdırılır. Buraya müavinətlərin artırılması, təhsil və səhiyyə xərcləri aiddir. İşğaldan azad olunan torpaqlarda yenidənqurma işlərinə xeyli vəsatin ayrılması nəzərdə tutulur. İnşaat, quruculuq layihələrinə daha çox vəsait ayrıldığından, bu sahəyə nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması labüddür”, - deyə mütəxəssis qeyd edib.

Onun fikrincə, ölkəmiz nəticə yönümlü büdcəyə keçid etməlidir: “Məhz belə olduqda xərclərə nəzarət etmək mümkün olacaq. Eyni zamanda, dövlət xərcləmələri zamanı səmərəliliyin artırılmasına şərait yaranacaq. Sözsüz ki, təhsil, səhiyyə və sosial təminat xərclərinin artırılması müsbət addımdır. Bu siyasət bundan sonra da davam etdirilməlidir. Baxmayaraq ki, dövlət büdcəsindən bu sahələrə ayırmalar nəzərdə tutulub, region dövlətləri arasında təhsil və səhiyyəyə ayrılan vəsaitlərin həcminə görə sonuncu yerdəyik”.

“Büdcə xərclənmələri zamanı sosialyönümlülük səviyyəsini qiymətləndirmək üçün uşaqlara, əlillərə, qadınlara ayrılan adambaşına xərclərin məbləğləri açıqlanmalıdır. Büdcəyə ictimai nəzarətin təmin olunması, hesabatlılıq işləri gücləndirilməlidir. Bu, hökumətlə vətəndaşlar arasında etimad mühitinin dərinləşməsinə və artırılmasına xidmət edir”, - deyə Həsənov fikrini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam