Yenixeber.org: Əvvəllər orta məktəblərdə rüşvətə səbəb kimi ilk növbədə əməkhaqqının aşağı olmasını bəhanə edirdilər. Bu gün diaqnostik qiymətləndirmədən (DQ) keçmiş, sertifikasiyadan yüksək bal yığmış müəllimlərin əməkhaqqı ölkə üzrə götürülən orta maaş səviyyəsinə gəlib çatıbdır. Məsələ burasındadır ki, hazırda məktəb direktoru və direktor müavinlərinin əməkhaqqı məktəblərdəki şagird sayına uyğun olaraq dəyişir ki, bu da ümumilikdə 1000 manatdan yuxarıdır. Eyni zamanda, əməkhaqqının artırılması ilə yanaşı, peşəkarlığın artırılması üzərində işləmək, o cümlədən, direktor və direktor müavini imtahanlarının şəffaf keçirilməsinə çalışmaq əsas şərtlərdən biridir. Rüşvəti yaradan səbəblərdən biri də yaranmış sistemsizlikdir. Ümumtəhsil məktəblərində konkret olaraq hansısa bir məsələ ilə bağlı nazirlik tərəfindən işlənmiş sistem yoxdur. Tərəflər var – təhsilalan, təhsilverən, təhsilalanların valideynləri və s…
Ancaq konkret olaraq bu proses sistem halında deyil. Ona görə də neqativ halların olması üçün şərait yaranır. Həmin şəraitdən də rüşvətə meyilli olan müəssisə rəhbərləri istifadə edirlər. İstifadəyə meyilli rəhbərlərdən biri də 252 nömrəli məktəb-liseyin direktoru Eldəniz Əkbərovdur. Əmək fəaliyyətinə 2001-ci ildə 149 №-li tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamış Eldəniz müəllim 2005-ci ildən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, 2016-cı ildə 136№-li tam orta məktəbə direktor vəzifəsinə yüksəlmiş, 2021-ci ildən isə Bakı şəhəri 252 nömrəli məktəb-liseyin direktoru vəzifəsində çalışır.
Bu şəxs işlədiyi məktəblərdə həmyerlilərini, əslən Lerik rayonundan olanları yanına yığaraq son zamanlar özünə əməlli-başlı sərvət toplamağa müvəffəq olubdu. Bu isə təhsil müəssisəsinin kollektivinin haqlı narazılığına səbəb olubdu. Lakin direktor pedoqoji heyətin narazılığına əhəmiyyət vermədən öz bildiyini etməkdə israrlıdır. Onun bir vaxtlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri olmuş və indi də Şəmkir RİH başçısı olsa da təhsil sahəsində sözü keçən Rəşad Tağıyevin himayəsinə arxalandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, məhz elə bu səbəbdən də Eldəniz Əkbərov əmindir ki, onun barəsində müvafiq qurumlara ünvanlanan şikayətlərə əhəmiyyət verilməyəcək. Deyilənlərə görə, bu il də müəllimlər günü münasibətilə 252 nömrəli məktəb-liseydə yenidən yığım həyata keçirilibdi. Bildirilir ki, baş tutan “yığım əməliyyatı” məhz direktorun tapşırığına əsasən reallaşdırılıbdı. Təbii ki, bu da şagirdlərin və onların valideynlərinin ciddi narazılığına səbəb olubdu. Deyilənlərə görə, onlar məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etsələr də, himayədarı onun əməllərini ört-basdır etməyə, Eldəniz Əkbərovu mümkün təhlükələrdən sığortalamağa müvəffəq olubdu.
Yeri gəlmişkən, məsələ ilə əlaqədar redaksiyamıza daxil oan informasiyalarda o da deyilir ki, E.Əkbərov hansısa maraqlarına görə, valideynləri məhz axşam saat 18:00-dan sonra qəbul edir. Bu qəbulun nə ilə bağlı olduğuna gəlincə isə deyilənlərə görə, bu tip görüş valideynlərə elə-belə başa gəlmir. Onu da nəzərinizə çatdıraq ki, yeni dərs ilinin başlaması ərəfəsində bir sıra orta məktəblərdə ciddi problemlər yaşanmışdı. Məktəbə qəbulla bağlı direktorlar əsasən birinci siniflərə yerləşdirmədə əməlli-başlı əziyyət çəkmişdilər. Amma deyilənə görə, Eldəniz Əkbərov heç bir əziyyətlə üzləşməyibdi. Çünki onun direktor olaraq öz prinsipləri var və şagirdi məktəbə necə qəbul etmək kimi məqamlarda bu “prinsiplər” ortaya atılır. Bu zaman nə valideyn narazı qalır, nə də direktor… Əslində isə, valideynin “əziyyəti” və “təşəkkürləri” olur. Çünki direktora bir neçə dəfə “təşəkkür etmək” məcburiyyətində qalırlar. Deyilənlərə görə, o, məhz həmin “təşəkkürlər” hesabına ən son model iki bahalı avtomobil və 2 mənzil əldə edibdi.
Bir maraqlı məqama da diqqət edək ki, özünü oliqarxlara bənzədən Eldəniz Əkbərovun 3 katibəsi var. Direktorun Səbinə Yusifova adlı katibəsinin adı işdə xadimə getsə də onun əlinə süpürgə aldığını görən olmayıb. E.Əkbərovun 136 saylı orta məktəbdən özü ilə gətirdiyi Bəhruz adlı gözətçini özünə “cangüdən” kimi işlədir. Kimsə narazılıq edəndə Bəhruz həmin adamı işdən çıxarmaqla hədələyir. Son zamanlar isə rüşvəti direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) Hüseyn Həsənovun əliylə alır. Liseydəki rüşvətxorluğa görə digər məktəblərə yerdəyişmə edən şagirdlərə görə məktəbdə şagird sayı azalıbdı və 5 günlük dərs sisteminə keçilibdi. Ümidvarıq ki, tezliklə Elm və Təhsil Nazirliyi tərəfindən həmin məktəbdə ciddi yoxlamalar aparılacaq və qanunsuzluq edən günahkarlar da cəzalandırılacaqlar.(aktualxeber.az)
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.