Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

İmtahandan ilk çıxan müəllim -35 dəqiqəyə 54 bal yığdı

Bu gün keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanından ilk çıxan Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən 208 nömrəli tam orta məktəbin müəllimi Şəmsiyə İsmayılova olub. 

Yenixeber.org:  O, imtahanı 35 dəqiqəyə bitirib və maksimum 60 baldan 54-nü toplayıb. 

Şəmsiyə İsmayılova imtahanla bağlı təəssüratlarını bizimlə bölüşüb: "İmtahan çətin deyildi. İxtisasımıza uyğun suallar düşmüşdü. Ümumiyyətlə sertifikasiya imtahanlarının keçirilməsini yüksək qiymətləndirirəm. Düşünürəm ki, hər bir müəllim öz üzərində işləməlidir. İmtahan olduqca şəffaf keçdi". 

Qeyd edək ki, bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib. İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq. Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub. 

Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunacaq. 

Xatırladaq ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam