Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

"ABŞ universitetləri azərbaycanlı tələbələri səbirsizliklə gözləyir"

Azərbaycanlı tələbələrin ABŞ-nin ən yaxşı universitetlərində təhsil almaq imkanı var.
Yenixeber.org:  Bunu jurnalistlərə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara "EducationUSA" təhsil sərgi-yarmarkasında deyib.
"Çox şadıq ki, Azərbaycanın öz tələbələrini xaricə göndərmək imkanı var. ABŞ universitetləri azərbaycanlı tələbələrdən müraciətlər qəbul etməyə hazırdır və onları səbirsizliklə gözləyir", - Hüqo Gevara deyib.
Onun sözlərinə görə, ABŞ universitetləri və kollecləri özünün yüksək təhsili, inkişaf etmiş məzunları və müxtəlif dərsdənkənar tədbirləri ilə dünyanın ən yaxşı təhsil ocaqları arasındadırlar: "ABŞ-də təhsil müəssisələrinin diapazonu böyük dövlət müəssisələrindən kiçik özəl humanitar kolleclərə qədər fərqlənir, onlarda təhsil isə təcrübəli peşəkarlar tərəfindən aparılır".
Hüqo Gevara həmçinin qeyd edib ki, ABŞ-nin ali təhsil ocaqları tələbələrə və onların valideynlərinə maliyyə dəstəyi göstərir.
"ABŞ universitetləri təhsil proqramlarının rəngarəngliyinə, kritik düşüncənin inkişafına və inklüzivliyə xüsusi diqqət ayırırlar", - o deyib.
Qeyd edək ki, Bakıda 13-cü "EducationUSA" sərgi-yarmarkası ABŞ-nin Azərbaycandakı səfirliyi, Bakı Amerika Mərkəzi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə keçirilir. Tədbirdə 30 universitetin və təqaüd proqramının nümayəndələri iştirak edir. Sərgi çərçivəsində arzu edənlərə ABŞ universitetlərində təhsil barədə məlumat verilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam