Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ADAU-da İSA HƏBİBBƏYLİ İZİ... -ŞOK FAKTLAR AÇIQLANIR...

"Sabiq nazir İnam Kərimov Ali Məhkəməyə sədr təyinatından sonra rektor əvəzi Zəfər Qurbanov rektor keçmək üçün başqa alternativ variantlar axdarmağa başlayıb".
Yenixeber.org: Bu barədə redaksiyamıza göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Çıxış yolunu AMEA-nın prezidenti İsa Həbibbəyliyə yaxınlaşmaq və rektor olmaq üçün ondan kömək istəməkdir. Rektor əvəzi təyinatından heç bir ay keçməmiş sabiq Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmovu yarımştat vahidi müəllim kimi işə götürmüşdür. Saleh Məhərrəmovdan başqa Şəlalə Zeynalova və Asəf Ömərovu da ADAU-da yarımştat vahidi müəllim işinə götürmüşdür.
Adı çəkilən müəllimlərin heç biri indiyə qədər dərs yüklərinin birini belə keçməyiblər. Həmin müəllimlərin dərsini başqa müəllimlər əvəz edərək keçir, amma hər ay adı çəkilən müəllimlər universitetin hesabından əməkhaqqı alırlar. Bu böyük maliyyə pozğunluğudur bəs hər iclasda maliyyədən danışan maliyyə vəsaitini artırmaqdan danışan Zəfər Qurbanov niyə bu adı çəkilən müəllimlərə "ölü can maaşı" verir?
Zəfər Qurbanov Saleh Məhərrəmovu müəllim kimi işə götürməsində maraq AMEA-nın prezidenti İsa Həbibbəyli ilə yeznə-qayın olan Saleh Məhərrəmovun əli ilə İsa Həbibbəyli ilə əlaqə qurmaq və rektor keçməyinə köməklik istəməsidir. Naxçıvan Dövlət Universitetinin rektoru olmuş İsa Həbibbəyli rektorluqdan çıxdıqan sonra rektorluğu yeznəsi Saleh Məhərrəmova vermişdi. Saleh Məhərrəmov rektor keçər-keçməz hüquq fakültəsinə ikinci ixtisasın qəbulun qiymətini 80 min manata çıxarmışdı. Korrupsiya ilə idarə etdiyinə görə Saleh Məhərrəmovu bir müddətdən sonra rektorluq vəzifəsindən azad etdilər.
Maraqlısı da odur ki, üç müəllimin hamısı Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasına müəllim kimi işə götürülüb. Kafedranın müdiri Zahir Ələsgərov işə gəlməyən Bakı şəhərində öz işləri ilə məşğul olan Asəf Ömərov, Şəlalə Zeynalova və Saleh Məhərrəmovun kafedraya gəlməmələrinə dərslərinin başqa müəllimlər tərəfindən keçirilməsinə etiraz etmir. Buna səbəb isə kafedra müdürü Zahir Ələsgərovun maraqlarının olmasıdır. Belə ki kafedra müdürü üç müəllimin işə gəlməməyini ört-basdır etmək üçün dərslərini ancaq magistır şöbəsinə salmasıdır.
DAVAMI VAR...
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam