Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“İdman menecmenti” magistr proqramı tələbələrinin Rusiya Federasiyasında tədris prosesi davam edir -FOTOLAR

 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə birgə tədrisi rus dilində aparılan "İdman menecmenti" ixtisası üzrə ikili diplom magistr proqramının Moskvada olan tələbələri müxtəlif idman obyektlərini ziyarət edirlər. Növbəti belə səfər Lujniki Olimpiya Kompleksinə olub.

Yenixeber.org: Ziyarət zamanı magistrantlarımız futbol meydanından minimum məsafədə yerləşən tribunalarla tanış olub, arenanın idman strukturlarını və konfrans zallarını ziyarət ediblər. Onlar stadionun istifadəyə verilmə tarixi, həmçinin burada oynanılan tarixi qarşılaşmalar haqqında da məlumatlandırılıblar.
Məlumat üçün bildirək ki, Lujniki Olimpiya Kompleksi (1992-ci ilə qədər Lenin Mərkəzi Stadionu) 1956-cı ilin 31 iyul tarixində istifadəyə verilib. Ümumi sahəsi 150 hektardan çox olan idman kompleksi paytaxtın Mərkəzi İnzibati Dairəsi ərazisində, Xamovniki rayonunda yerləşir və Rusiyanın, həmçinin dünyanın ən böyük idman qurğularından biridir.
İdman kompleksinin vahid memarlıq-park ansamblı özündə 80-dən çox struktur və obyekti birləşdirir ki, bunlardan ən tanınmışları Böyük İdman Arenası, Kiçik İdman Arenası, İdman Sarayı, Su Kompleksi və Şimal İdman Mərkəzidir. 1980-ci il Moskva Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri Olimpiya Kompleksinə aid olan “Lujniki” stadionunda keçirilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam