Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

ASAPES və Milli Müdafiə Universitetinin İşçi qruplarının ilk görüşü keçirilib -FOTOLAR

Martın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında imzalanmış Memorandum çərçivəsində İşçi qrupların görüşü təşkil olunub.
Yenixeber.org: Akademiyada keçirilən görüşdə ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov, Tədris hissəsinin müdiri Nazim Abbasov, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı Qənbər Cəfərov, Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun direktor müavini polkovnik Rəşad Tahirov, Hərbi tibb fakültəsinin rəisi polkovnik Cingiz Əlləzov, Fiziki hazırlıq şöbəsinin rəisi polkovnik Zal Nəbiyev, Monitorinq və qiymətləndirmə şöbəsinin bölmə rəisi polkovnik-leytenant Namiq Kərimov iştirak edib.
Tərəflər imzalanmış Memorandum çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətləri - fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə pedaqoji kadr hazırlığının elmi-pedaqoji və metodik problemləri, birgə elmi-tədqiqat fəaliyyətinin təşkili aspektləri, o cümlədən ixtisasartırma sahəsində əməkdaşlıq imkanları barədə geniş müzakirələr apararaq birgə fəaliyyət planı tərtib ediblər. Bundan başqa, növbəti görüşlərdə görüləcək işlər də müəyyənləşdirilib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam