Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Müdafiə Universiteti ilə İdman Akademiyası arasında Memorandum imzalanıb -FOTOLAR

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti və İdman Akademiyası arasında Memorandum imzalanıb

Yenixeber.org:  Martın 9-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Universitetinin rəhbərliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəhbər heyəti arasında görüş keçirilib.
Görüşdə pedaqoji kadr hazırlığı, onun müxtəlif aspektli problemləri, o cümlədən əməkdaşlıq imkanları geniş müzakirə olunub. Sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev və Akademiyanın rektoru Fuad Hacıyev tərəfindən imzalanmış sənədə əsasən, tərəflər qarşıdakı 5 il ərzində pedaqoji kadr hazırlığı, elm və təhsil sahəsinin inkişafı üzrə birgə fəaliyyət həyata keçirəcəklər. Memorandum aşağıdakı sahələr üzrə əməkdaşlığı nəzərdə tutur:
- mütəxəssislərin ixtisasının artırılması;
- elmi tədqiqatlar sahəsində birgə layihələrin  həyata keçirilməsi;
- akademik və elmi mübadilə;
- birgə akademik, elmi tədbir və təlimlərin, konfrans, seminar, simpozium və mühazirələrin təşkil;
- idman sahəsində təcrübə mübadiləsi;
-  qarşılıqlı maraq dairəsində olan biblioqrafik və informasiya materiallarının hazırlanması və mübadiləsi.
Milli Müdafiə Universitetində təşkil olunan imzalanma mərasimində ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə və Tədris hissəsinin müdiri Nazim Abbasov da iştirak edib.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam