Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Magistrantlarımız Rusiyanın Tələbə Basketbol Assosiasiyasında olublar -FOTOLAR

 
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) ilə "İdman menecmenti" ixtisası üzrə ikili diplom magistr proqramının tələbələri Rusiya Tələbə Basketbol Assosiasiyasını ziyarət ediblər.
Yenixeber.org: Ziyarət zamanı magistrantlarımıza Rusiya Federasiyası İdman Nazirliyinin kütləvi idman tədbirlərinin təqvim planı və Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin tədbirlərinin birləşdirilmiş təqvim planından bəhs edilib. Daha sonra tələbələrimiz idman zalları və ləvazimatlar, həmçinin onlardan istifadə təlimatları ilə tanış olublar.
Məlumat üçün bildirək ki, Rusiya Tələbə Basketbol Assosiasiyası 2007-ci ildə yaradılıb. Qurum Rusiyada tələbələr arasında rəsmi yarışların keçirilməsinə cavabdehlik daşıyır. Bu yarışlarda Rusiya Federasiyasının 71 subyektindən 450 universitet və kolleci təmsil edən 800 kişi və qadın basketbol komandası iştirak edir. Mövsüm ərzində TBA-də (АСБ) 5000-ə yaxın qarşılaşma keçirilir, çempionat oyunçularının ümumi sayı isə 10 mindən artıqdır.
Rusiya Tələbə Basketbol Assosiasiyası Avropanın ən böyük universitet idman liqası və dünyada ikinci ən böyük idman liqasıdır.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam