Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ASAPES və MGİMO-nun ikili diplom proqramının Moskva mərhələsinə start verildi -FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MGİMO) ikili diplom proqramı çərçivəsində təhsil alan “İdman menecmenti” magistr proqramının 1-ci kurs tələbələri üçün Moskva şəhərində 4 modul üzrə tədris prosesinə start verilib.
Yenixeber.org:  Fevralın 27-də MGİMO-da tədris proqramının açılışı ilə əlaqədar təşkil olunan tədbirdə ali təhsil ocağının prorektoru Artyom Malqin, ASAPES-in prorektoru Təhminə Tağı-zadə, proqram rəhbəri, RMOU-nun prorektoru Nikolay Peşın, Biznes və Beynəlxalq Bacarıqlar Məktəbinin direktoru Anjelika Mirzoyeva, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri Nailə Kələntərli və Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova cıxış edərək tələbələrə uğurlar arzulayıblar.
Martın 19-dək davam edəcək proqram çərçivəsində magistrantlara "İdman hüququ", "İdman marketinqi", "Milli idman tənzimlənməsi sistemləri" və "Antidopinq qaydaları" fənnləri tədris ediləcək. Bundan başqa, onlar üçün “Qazprombank” ASC-nin nümayəndələri ilə görüş, “İdman tədbirlərinin və təşkilatların sponsorluğu, uzunmüddətli tərəfdaşlıqların qurulması”, “İdman yarışlarının sponsorluğu, sponsorluğun aktivləşdirilməsi və azarkeşlərin cəlb edilməsi” mövzusunda mühazirələr, VTB Arenasına ekskursiya, "Maxima Park" Atçılıq Klubu, İrina Viner Gimnastika Sarayı ilə tanışlıq və Leonid Tyaqaçov xizək klubuna ziyarət də nəzərdə tutulub.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam