Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İmtahanların nəticələri ləğv edilsin - BƏYANAT

"İmtahanların nəticəsinin ləğvini tələb edirik və bütün imtahan nəticələrini etibarsız hesab edirik"

Yenixeber.org: Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi MİQ imtahanlarının suallarına dair qalmaqalla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində işə qəbul üzrə MİQ imtahanı keçirilir. Cari ildə keçirilən MİQ imtahanında istifadə olunan test tapşırıqlarının maddi maraq qarşısında digər şəxslərə verilməsi faktı qeydə alınıb və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən rəsmi etiraf edilib. Biz hesab edirik ki, MİQ imtahanının keçirilməsinə əsaslı şübhələr var və cari il üçün keçirilən bütün imtahanlar, onun nəticələri ləğv edilməlidir".

"2022-ci il MİQ imtahanın keçirilməsi üçün müəyyən edilmiş bütün rəhbər və müəllif - ekspert heyəti təcili olaraq istefa verib uzaqlaşdırılmalı, onun ardınca hüquq mühafizə orqanları bu şəxlər barədə araşdırma aparmalıdır. Bir daha Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə keçirilən imtahanların nəticəsinin ləğvini tələb edirik və bütün imtahan nəticələrini etibarsız hesab edirik", - deyə bəyanatda vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam