Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BAKIDA DAHA BİR MƏKTƏBDƏ RUS TƏBLİĞATI... - Uşaqlar buna məcbur edildi... +FOTOLAR

Bakıdakı 164 nömrəli orta məktəbdə SSRİ-nin təbliğatı aparılır. Bununla bağlı araşdırmaçı jurnalist Samir Feyruzov məlumat yayıb.

Yenixeber.org: Jurnalist qeyd edib: “Foto bu gün (dünən-red) 164 nömrəli orta məktəbdə çəkilib. 9 may Qələbə gününün bu şəkildə qeyd olunmasına nə ehtiyac var!? Hazırda Rusiya mediası Kremlin sifarişi ilə II Dünya Müharibəsindəki qələbəni mənsimsəyir, xüsusilə azərbaycanlıların rolunu heçə endirir. Müharibədə 300 min azərbaycanlı həlak olub. Gec-tez Rusiya Azərbaycana da təcavüz etməyə çalışacaq. Biz indidən bu təcavüzə ideoloji zəmin hazırlayırıq!?

Belə bir məqamda övladlarımızın başına rus beretkası, yaxasına Qələbə bantı vurmaq nə deməkdir!? Hələ arxalarındakı SSRİ bayraqlarını demirəm. Hazırda işğalçı Rusiya ordusu Ukraynaya bu "Qələbə bantları" ilə daxil olur.

 

 

Araşdırsınlar görək, 164 saylı məktəb rus beretkalarını, bantları necə hazırlatdırıb, yaxud SSRİ simvollarını haradan alıb... 

Lövhədəki "sülh göyərçinləri"nə diqqət edin. Həqiqətən də Rusiya sülhpərvərdir!? Sabah bu uşaqlar elə biləcəklər ki, Rusiya Ulraynaya da, Qarabağa da sülh üçün daxil olub. Bəlkə bu biabırçı durumu yığışdırasınız...

Rus əsgərləri 20 Yanvar qətliamını da başlarında bu beretkalarla törətmişdilər.

Həmişə demişəm, bir daha deyirəm, övladlarınızın rus dilini bilməsini istəyirsinizsə, onları rus bölmələrinə qoymağa ehtiyac yoxdur. Biz rus dilini də bilməliyik. Amma öncə rus dilini yox, rusun dilini öyrənməliyik.

9 may təkcə rusun qələbəsi deyil. Qələbədən 3 il sonra SSRİ rəhbərliyi xalqımızı deportasiyaya məruz qoydu, dilimizi, tariximizi tapdaladı”.

 

 

Qeyd edək ki, uşaqların yaxalarına Rusiyanın işğal simvolu sayılan “Georgi lenti”ni asmağa məcbur edilmələri də diqqətdən qaçmamalıdır. Bu artıq dövlətə xəyanətə bərabər bir addım sayıla bilər. 

Onu da qeyd edək ki, məktıbin direktoru Kəmalə Qədirova ibtidai təhsil müəlliməsidır. O, əvvəlcə Şuşa Mədəni-maarif məktəbini, sonra isə  o vaxt M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu adılanan indiki Slavyan Universitetini bitirib. Rusiyada təlimlərdə olub. Yəni, Rusiyaya məhəbbətinin haradan yarandığı məlumdur...

Təhsil Nazirliyinin kiçik uşaqların rus təbliğatına alət edilməsinə hansı reaksiya verəcəyi isə maraq doğurur!"Azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam