Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakıda bu məktəbdə təhlükə - Şagirdlər başqa yerə köçürüldü

Bakıda bu məktəbdə təhlükə - Şagirdlər başqa yerə köçürüldü

“Bakı şəhəri 35 nömrəli tam orta məktəbin 1931-ci ildə tikilib istifadəyə verilmiş korpusu uzunmüddətli istismar nəticəsində qəzalı vəziyyətə düşüb”.

Yenixeber.org: Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Korpusun dəhlizlərində və bir sıra sinif otaqlarında kifayət qədər təhlükəli çatlar yaranıb, zirzəmi hissədə dəmir-betondan olan mərtəbəarası örtüyün beton mühafizə qatlarının aşınması, armaturların isə korroziyaya uğraması müşahidə olunub: “Bu baxımdan 35 nömrəli tam orta məktəbdə bərpa-gücləndirmə və ya sökülüb yenidən tikilmə işlərinin aparılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər gedir. Bununla əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə məktəb kontingentinin yaxın məsafədə yerləşən 34 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq yerləşdirilməsi məqsədəuyğun hesab edilib. Ümumilikdə təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu kimi tədbirlər zamanı dərs prosesinin müvafiq proqram çərçivəsində davam etdirilməsi diqqət mərkəzində saxlanılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam