Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Müəllim şagirdə hədə-qorxu gəlib? -Araşdırma başladı

 

         Uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn şikayətçidir. 

Yenixeber.org: Bu barədə valideyn redaksiyamıza müraciət ünvanlayıb. 

İddia edilib ki, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənov həmin məktəbin 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir edib:

“Yaranan münaqişə əsnasında müəllim şagirdə hədə-qorxu gəlib. Baş vermiş hadisənin görüntüləri məktəbin təhlükəsizlik kameralarında var. Burada hətta müəllimin şagirdə əl qaldırdığı da müşahidə olunur”.

Qeyd edilib ki, Kənan Həsənov eləcə də məktəbin 8 “c” sinif şagirdlərinə qarşı xoşagəlməz ifadələr işlədir:

“İki il öncə şagird və valideynləri təhqir etdiyinə görə Kənan Həsənov 4 “e” (hazırkı 6 “e”) sinfinin müvafiq olaraq sinif rəhbəri vəzifəsindən uzaqlaşdırılıb”.

Qeyd edilən məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq. 

Qurumdan bildirilib ki, müvafiq araşdırma aparırlar:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.(oxu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam