Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanda təhsil ocağında zorakılıq iddiası:Bu dəfə təsdiqlənmədi

 

Abşeronda məktəbdə şagirdin döyülməsi barədə iddia təsdiqini tapmayıb.

Yenixeber.org: Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə 2019-cu ildə baş vermiş narazılıq yeni məlumat kimi bu günlərdə gündəmə gətirilib.

Məktəbin müəllimi A.Məmmədova açıqlamasında məlumatın yayılmasında məktəb rəhbərliyini günahlandırıb: “Çünki biz ondan şikayət etmişik, etdiyi qanunsuzluqlar üzə çıxıb”.

Döyüldüyü iddia edilən şagirdin valideyni G.Yusifova da açıqlamasında onun məktəbdən və müəllimdən heç bir narazılığının olmadığını deyib:

“Heç bir narazılığım yoxdur. Biz direktor və müəllimin barışmasını istəyirik. 2019-cu ildə bizim ailəmizdə problemlər olduğu üçün övladım dərsə gedə bilməyib”.

Məktəbin direktoru Çinarə Atayevadan isə açıqlama almaq mümkün olmayıb.

10:52

Abşeronda 8-ci sinif şagirdi təhsil aldığı tam orta məktəbə getməkdən imtina edib.

Məktəbdəki mənbənin bildirdiyinə görə, buna səbəb 2019-cu ildən ona dərs deyən bir müəllimin şagirdə mütəmadi fiziki şiddət şiddət göstərməsidir. Söhbət Ceyranbatan qəsəbəsi, bir nömrəli tam orta məktəbdən gedir.

İddia olunur ki, sözügedən təhsil müəssisəsinin riyaziyyat müəllimi A.Məmmədova 2019-cu ildə E.A. adlı şagirdi fiziki şiddətə məruz qoyub. Elə həmin il şagirdin valideyni oğlunun şiddətə məruz qalması ilə bağlı məktəb rəhbərliyinə ərizə ilə müraciət edib.

Mövcud məsələ ilə bağlı Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq. Məktəbdən faktı təsdiq ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam