Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Ağstafa Təhsil Şöbəsinin müdiri direktorun səsin yazdırdı, kənd sakinləri etiraz aksiyası keçirdi –FOTO+VİDEO

Bir qrup kənd sakini Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədovanın müdafiəsinə qalxıb.

Yenixeber.org: Kənd sakinləri saxta profil üzərindən səs yazısını yayan müəllim Vüsalə Məmmədovanı  tənqid edirlər.

Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakinlərinin redaksiyamıza verdiyi məlumata görə, ibtidai sinif müəlliməsi Vüsalə Məmmədova məhz o səs yazısını təhsilin müdiri Mədət Zeynalovun göstərişi ilə yayıb.

Məktəb direktorunun səs yazısının yazılmasına səbəb Təhsil şefi Mədət Zeynalov başqa bir adamı direktor təyin etməyə söz verməsi olub.Sözügedən təhdidlərdən sonra Aşağı Kəsəmənlinin məktəb direktoru Mətanət Məmmədovanın ürəyi tutaraq xəstəxanaya yerləşdirilib.

Hal-hazırda məktəb direktoru Mətanət Məmmədovanın səhhəti yaxşıdır.Lakin Ağstafa rayon Təhsil müdiri Mədət Zeynalov rayonun baş həkiminə ciddi şəkildə tapşırıb ki,Mətanət xanıma xəstəlik kağızı (Bullaten) yazmasın. Təhsil şefinin “10000” manat pul qarşılığında şantaj xarakterli işdən azad etmə tələbi kənd sakinlərini bərk qəzəbləndirib.

Beləliklə bir qurup kənd sakini etiraz aksiyası keçirib.

Əsasən qadınlar olan sakinlər  Vüsalə Məmmədovanı dünyasını dəyişən şəxsləri təhqir etməkdə,onları söyməkdə,maşına minib qaçmaqda günahlandırırlar.Bununla bərabər onlar hesab edirlər ki,Vüsalə Məmmədova məktəbdən xaric edilməlidir.

Çünki o,iki illik kurs bitirib,müəllimə yaraşmayan tərbiyyəsiz ifadələr işlədir, istənilən savadı yoxdur vəs. Hətta kənd sakinləri onu da bildirir ki, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun özü də direktor Mətanət Məmmədovanın yetirməsi olub.

İnanırıq ki, Təhsil Nazirliyi Ağstafa rayon təhsil şefi ilə bağlı tədbir görəcəkdir.

Xatırladaq ki, Ağstafa rayon Təhsil müdiri Mədət Zeynalov rayonun bazarkomu Elmanın yaxın qohumdur.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Hər iki videonu  təqdim edirik:

(xəbəral.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam