Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədovun "qohumbazlığ"- Lerik rayonunun Siyov kənd tam orta məktəbində nə baş verir-ŞİKAYƏT

 Lerik rayonunun Siyov kənd tam orta məktəbində baş verənlərlə bağlı elektron poçtumuza şikayət məktubu daxil olub.
Yenixeber.org: Şikayətçi yazır:
Məlumat üçün bildirim ki, Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirovun qanunsuz əməlləri barəsində Təhsil Nazirliyinə dəfələrlə şikayət məktubları göndərilmişdir.
Təhsil Nazirliyi tərəfindən edilən şikayətlərə heç bir cavab verilməmişdir. Edilən şikayətlərə cavab verilməməsinin səbəbi Siyov məktəbinin direktoru İlham Əmirovun arazqırağı yeznəsi Təhsil Nazirliyin Aparat rəhbəridir. Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov Siyov məktəbinin direktoru İlham Əmirovun əmisi oğlu Əmirov Rəfail Seydəmir oğlunun yeznəsidir.
Rəfail Əmirov hal - hazırda Bakıda yaşasada , əslən Lerikin Siyov kəndindəndir. Lerik Rayon M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru İlham Əmirov məktəbdə törətdiyi qanunsuz əməlləri barəsində edilən şikayətləri cavabsız qoyması ilə yanaşı Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov həmdə direktora yeni qanunsuz əməllərin törətməsinə şərait yaradır.
Məktəbin direktoru İlham Əmirov arazqırağı yeznəsi Muxtar Məmmədova arxalanaraq Lerik Təhsil Şöbəsinin Müdiri Zöhrab Salayevədə "krişalıq" edir. Təhsil Nazirliyi Aparat Rəhbəri Muxtar Məmmədov tək Lerikin Siyov kəndindəki qohumlarını deyil , rayonun digər kəndlərindəki qohumlarını təhsil müəssisələrində vəzifələrə təyin edilməsinə şərait yaradır. Muxtar Məmmədov öz qohumlarını təhsil müəssisələrində vəzifələrə təyin etməklə Respublikamızın təhsilini sual(?) altda saxlayır. Muxtar Məmmədov tək Lerik Rayon M. Qafarov adına Siyov kənd tam orta məktəbindəki direktorun fəaliyyətini əsas tutaraq aparat rəhbərinin məqsədi təhsilin inkişafını yox, öz maddiyyatı güdməsi görünür.
Şikayət olunan Lerik rayonunun Siyov kənd tam orta məktəbinin direktorunun özünü məkltəbdə necə aparması barədə poçtumuza video görüntülərdə daxil olub.Araşdırmamızın axırında o görüntüləridə təqdim edəcəyik!
Qarşı tərəfin fikirlə\rini dərc etməyə hazırıq! (teref)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam