Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TƏHSİLDƏ DAHA BİR RÜŞVƏT QALMAQALI -Məktəb direktorunun səs yazısı yayıldı +VİDEO

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb. Söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir.

Yenixeber.org: Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir.

V. Məmmədova isə imkanı olmadığını deyərək pulu verə bilməyəcəyini bildirir.

Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.

Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. 

O, bildirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.

Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmayıb.

Təhsil Nazirliyi isə bu səs yazısı ilə bağlı araşdırma başladıb: "Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam