Redaktor seçimi
Sumqayıt "qohum-əqrəba" şirkətlərin yaşıllıq meydanına çevrilib-
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Günün xəbəri

Deputatların tətili:-“Dünya TV-yə gedirəm”, “Toyuq-cücəyə baxıram”

Deputatların tətili: “Dünya TV-yə gedirəm”, “Toyuq-cücəyə baxıram”

Azərbaycan parlamentinin deputatları avqustun 7-dən yenidən məzuniyyətə gediblər. Deputatlar avqustun 30-dək istirahətdə olacaqlar.

Yenixeber.org: Parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayacaq və dekabrın 30-dək davam edəcək. Sentyabrın 15-dən isə qanunverici orqanın komitələri fəaliyyətə başlayacaq.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Belə ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat), parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Maraqlıdır, hazırkı pandemiya şəraitində deputatlar harada və necə istirahət edirlər?

Mövzunun aktuallığını nəzərə alaraq əməkdaşımız bu suallarla Milli Məclisin deputatlarına müraciət edib.

 

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib ki, hazırda iş başındadır:

“Ancaq yaxın günlərdə Lənkərana getməyi planlaşdırıram. Orada seçicilərimlə görüşlər keçirəcəm. Daha sonra isə qohumlarım və doğmalarımla birgə 10 gün istirahət etməyi düşünürəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov məzuniyyətin Ağdaşda keçirir:

“Bundan əlavə isə Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri olduğum üçün orada da işə çıxıram”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov hazırda parlamentdə olduğunu deyib:

“Parlamentdəyəm, yaz sessiyası zamanı fəaliyyətimlə bağlı hesabat və canlı yayım edirəm”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə məzuniyyətini Bakıda keçirdiyini bildirib:

“Jurnalistlərlə intensiv işləyirəm. "Müsavat TV"nin canlı yayımından çıxıb, Sumqayıta "Dünya" televiziyasına gedirəm. Əslində gündəlik iş rejimindəyəm. İstirahətim yoxdur. Hesab edirəm ki, pandemiya dövründə  daha çox məsuliyyətli olmaq lazımdır. Bu dövrdə daha böyük məsuliyyətlə dövlətə və millətə xidmət etmək lazımdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli "Report"a bildirib ki, məzuniyyət müddətində Ağsu və Şamaxı rayonunlarında olacaq: "Həyətdə işləyirəm, toyuq-cücəyə baxıram, nəvələrimlə oynayıram. Xüsusi olaraq harasa getməmişəm və planım da yoxdur. Çalışırıq ki, ailəlikcə pandemiya qaydalarına əməl edək".

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məzuniyyətini Sumqayıtda keçirdiyini deyib.

Qeyd edək ki, Milli Məclisin deputatları iyulun 15-də məzuniyyətə çıxmışdılar. Ancaq parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb etmişdi. Bu tələbi nəzərə alan Milli Məclisin Sədri Sahibə Qafarova iyulun 31-də qanunverici orqanın növbədənkənar sessiyasının keçirilməsi haqqında sərəncam imzalamışdı. Bununla da qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam