Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlar tətildən qayıdır

  

Deputatlar tətildən qayıdır
Azərbaycanda millət vəkillərinin yay məzuniyyəti bu həftə başa çatır
 Yenixeber.org: Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq iyulun 15-də başlayan tətil avqustun 30-da yekunlaşır. 

Qanunvericiliyə əsasən, Milli Məclisdə komitə iclasları sentyabrın 15-dən, parlamentin payız sessiyası isə sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlar məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət alırlar.

Qeyd edək ki, Milli Məclisin sədrinə 4950 manat, Milli Məclis sədrinin I müavininə 4454 manat, Milli Məclis sədrinin müavininə 4206 manat, sıravi deputatlara isə 3464 manat müavinət verilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam