Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Nar” abunəçilərini “e-Təbib” tətbiqindən istifadə etməyə çağırır!  

 

 Yenixeber.org: Ölkədə koronavirus pandemiyası ilə mübarizəni daha da gücləndirmək və əhali arasında məlumatlılığı artırmaq məqsədilə artıq bir müddətdir ki, “e-Təbib” mobil tətbiqi istifadəyə verilib. Bildirək ki, “Nar” abunəçiləri üçün tətbiqdən istifadə ödənişsizdir və qeydiyyatdan keçən hər bir “Nar” istifadəçisinə 100 MB internet bonusu hədiyyə edilir.

 

Tətbiqdə gündəlik olaraq koronavirus pandemiyası ilə bağlı ölkədəki cari statistika ilə yanaşı, həm də istifadəçilərin koronavirusa yoluxma ehtimalını müəyyənləşdirən sistem mövcuddur. Belə ki, əgər istifadəçi son 14 gün ərzində xəstəliyə yoluxmuş şəxslə ünsiyyətdə olubsa, tətbiq bununla bağlı şəxsə bildiriş göndərir və müvafiq testdən keçməyə dəvət edir. Bu, koronavirusa yoluxan xəstələrin ilkin mərhələdə aşkarlanıb müalicə almasına və yoluxma hallarının azalmasına kömək edəcək. Tətbiqi Playstore və Appstore platformalarından yükləmək mümkündür.

 

“Nar” abunəçilərini pandemiya dövründə xəstəliklə bağlı yalnız ilkin mənbədən alınmış məlumatlara əsaslanmağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə çağırır.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam