Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Daha sərt karantin yox, daha yaxşı maarifçilik lazımdır” -Deputat və professordan hökumətə tövsiyələr

Bakıda koronavirus pandemiyası ilə bağlı qurulmuş postlar iyulun 2-dən yığışdırılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskanın taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Bu məqsədlə polisin və Daxili Qoşunların əsgərlərinin sayı artırılıb. 

 

 

Yenixeber.org: Tibb elmləri doktoru, professor Adil Qeybulla “azadliq.org”-a bildirib ki, bu tədbir pandemiyanın yayıldığı ilk dövrdə görülməli idi və o zaman çox effekt verərdi. "Lap əvvəldən karantin tədbirlərinin görülməsi daha əhəmiyyətli olardı. İndi artıq infeksiyanın xeyli yayılması fonunda bu, o qədər də məntiqi görünmür", - deyə A.Qeybulla söyləyib.

O deyir ki, rayonlarla paytaxt Bakı arasında "karantin xətti" olsa da, çox sayda vətəndaş bölgələrdə istirahət və əyləncə mərkəzlərindədir. Professorun fikrincə, bu durumda hökumətin son addımı daha çox daldan atılan daşa bənzəyir: "Artıq böyük yoluxma potensialı var. Bundan sonra inanmıram ki, belə bir addım hansısa effekt verə bilər, xeyli insanlar infeksiyaya yoluxmuş durumdadır".

A.Qeybullanın fikrincə, karantin tədbirlərini sərtləşdirməkdən daha çox, insanları maarifləndirmək yolu tutulmalıdır. Professorun sözlərinə görə, insanlar hər şeydən öncə karantin qaydalarına əməl etməyi vərdişə çevirməlidirlər.

 

 

Deputat Sabir Rüstəmxanlı da razılaşır ki, koronavirusla mübarizədə daha çox maarifçilik işi vacibdir və KİV-lərin, sosial medianın imkanlarından daha geniş istifadə olunmalıdır: "Əhali də öz məsuliyyətini artırmalıdır". Deputat şəhər daxilində postların götürülməsini müsbət hal kimi dəyərləndirir: "Şəhər içindəki postlardakı yoxlamalar daha çox nəqliyyatın hərəkətini yubadırdı. Hamı da keçib gedir, saxlanılan olmur, amma vaxt itkisi əmələ gəlirdi".

S.Rüstəmxanlı hesab edir ki, polisin və Daxili Qoşunların əsgərlərinin maska taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarının yerinə yetirilməsi ilə bağlı nəzarət aparması məqbuldur. "Amma düşünürəm ki, maarifləndirmə işi daha öndə olmalıdır, çünki cərimələrlə bu işi həll etmək mümkün görünmür. Cərimə olacaqsa belə, cərimə özü də bir maarifləndirmə rolu daşımalıdır, maliyyə itkisi ehtimalı insanları karantin qaydalarına riayət etməyə sövq etməlidir", - deputat belə deyib .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam