Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Putini virusdan necə qoruyurlar? -"Avadanlığın biri prezidentin evində, ikisi Kremldə yerləşdirilib..."

 

Kremlin prezident Vladimir Putini koronavirus yoluxmasından qorumaq məqsədilə dezinfeksiya edilən xüsusi keçid kameraları və ya kandarları yaratdığı xəbər verilir. Rusiyanın RIA-Novosti dövlət xəbər agentliyinin iyunun 16-da verdiyi məlumata görə Penza şəhərində istehsal olunan qurğular Putinin Moskva yaxınlığındakı Novo-Oqoryova iqamətgahında quraşdırılıb.

Yenixeber.org: Bu arada "Associated Press" agentliyi iyunun 17-də Putinin sözçüsü Dmitri Peskova ixtinadən xəbər verib ki, bu avadanlığın biri prezidentin evində, ikisi isə Kremldə yerləşdirilib. Peskov deyib ki, söhbət dövlət başçısından gedəndəəlavə ehtiyat tədbirləri tamamiləəsaslıdır.

O deyib ki, bu kandarlar Rusiyada koronavirus epidemiyasının ən şiddətli vaxtında quraşdırılıb. Dezinfeksiyaedici keçid kandarları ilk dəfə Penza regionunun rəsmi internet saytındakı videoda göstərilib.

Qurğu hava limanlarındakı keçid qapılarına bənzəyir. Oradan keçən şəxs “antiseptik dumanına” bürünür.

Rusiyadan verilən rəsmi xəbərlərə görə iyunun 17-də bu ölkədə 7843 yeni yoluxma qeydə alınıb. Bu, aprelin sonlarından bəri ən aşağı gündəlik göstəricidir. Rusiyada, ümumilikdə COVID-19-a 553 min 301 nəfər yoluxub. Bu, dünya üzrə Birləşmiş Ştatlar və Braziliyadan sonra üçüncü göstəricidir.

Ötən mart ayında ölkədə virus yoluxmalarının yayıldığı vaxtdan Vladimir Putin Novo-Oqoryovadakı iqamətgahında özünü təcrid edib.O hökumət rəsmiləri ilə müşavirələrini bir qayda olaraq videobağlantı ilə keçirir, yalnız nadir hallarda ölkənin ən yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə üzbəüz görüşür.

Buna baxmayaraq o, ötən həftə Rusiya Günü qeyd olunarkən Moskvada keçirilən ictimai tədbirlərdən birinə qatılmışdı. Koronavirus pandemiyası Kremlin bir çox planlarını pozub. Ona görə 9 may qələbə paradı iyunun 24-ə keçirilib və Putinə 2036-cı ilə qədər prezident qalmaq imkanı verən konstitusiya düzəlişlərinə səsvermə iyulun 1-ə təxirə salınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam