Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Peskov:“Putin özünü təcrid etməyib”

Peskov: “Putin özünü təcrid etməyib”
"Vladimir Putinin üz-üzə görüşlərinin sayı koronavirusa görə azalıb, amma bu, onun iş qrafikinə təsir göstərmir".
Yenixeber.org: Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin iş qrafikindən danışarkən deyib. O, bildirib ki, Putin özünü təcrid etməyib.

"Prezident fəal işləyir, onun üz-üzə və ya onlayn görüşləri olur. Bəlkə də prezidentin bölgələrin rəhbərləri, nazirliklərin rəhbərliyi və iri infrastruktur şirkətlərinin rəhbərləri ilə nə qədər telefon danışıqları apardığını təsəvvür edə bilməzsiniz. Putin lazım gələrsə, Kremldə olur, lazım gələrsə Novo-Ogaryovadakı iqamətgahında işləyir".

Kreml nümayəndəsi qeyd edib ki, Putinin iş günü səkkiz və ya on iki saatla məhdudlaşmır.

"Daha uzun və hər gün fasiləsizdir. Çünki ölkə yaşayır, iqtisadiyyat yaşayır, problemlər baş verir və bu, dövlət başçısının müdaxiləsini tələb edir. Buna görə də prezidentin təcrid olunduğunu söyləmək tamamilə yalnışdır",- deyə Peskov yekunlaşdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam