Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əziz Əzizov prezidentə xəyanətdə suçlanır - Sensasion detallar-Video

 

 Yenixeber.org: 2013-cü ilin İsmayıllısını yada salın: zalım nazir və onun müştəbeh oğlunun qudurğan hərəkətinə görə otel binası yandırıldı, iğtişaşlar oldu.
İndi atalar oğulların və ya qohumlar yaxınların məsuliyyətini daşımır deyə anlayış yoxdur.
Əgər sən vəzifəlisənsə, ətrafının hərəkətlərini nizamlamalısan. Əks təqdirdə, o, sənin “siyasi bel”indən əmələ gəlmiş kimi qəbul edilir.
İctimai rəyin assosiyasiyası amansızdır - “özü necə məmur olubsa, oğlu, kürəkəni, ya da əmisi uşağı da onun tayıdır” deyirlər.
Elə bu nöqteyi-nəzərdən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev video çıxışında Suraxanı rayon icra başçısı Əziz Əzizovun fəaliyyətini və kürəkəninin davranışını prezidentə xəyanət, xalqı dövlətdən narazı salmaq kimi qiymətləndirmişdi:
“Əziz müəllim, sizə bu qədər Suraxanı kifayət eləmədi, indi də prezidentə xəyanət edirsiniz? Dağıtmaqdan, yeməkdən başqa nə edirsiniz?”
H.Hacıyevin həmin video çıxışını az sonra təqdim edəcəyik. İndisə...
İndisə Anaxeber.info xatırladır ki, Ə.Əzizov təpədən-dırnağa korrupsiyaya bulaşmış, adı Cəlilabaddan Yasamala, oradan Suraxanıya qədər müxtəlif maxinasiyalara, biznesə qarışmış icra başçısıdır.
Əziz Əzizov həmin məmurdur ki, II qrup əlilin dükanını başına uçurub. Ə.Əzizov bundan əvvəl də Yasamal sakinlərinə münasibətdə ciddi fərqlənməyib.
Rayonun icra başçısı olanda neçə-neçə sahibkarı incidib, obyektini söküb. İnternet resurslarına baxın “Yasamalda silkələnmə: Əzizov sahibkarları incidir”, “Kərəm Həsənov-Əziz Əzizov Yasamalı talayır” və s.
Məsələn, yeddi övlad atası, üç oğlu ön cəbhədə olan iş adamı Nazim Dünyamalıyev də Ə.Əzizovun qurbanlarından biri idi.
Onun Yasamaldakı obyekti heç bir əsas göstərilmədən sökülmüş, 7 uşaq atası çörəksiz qoyulmuşdu.
Dünyamalıyev deyirdi ki, Ə.Əzizov onun əmlakını yerlə-yeksan etdirdi, amma Yasamal parkını sata-sata gedirdi.
Əgər imkanı olsaydı, Suraxanı icra başçısı II qrup əlil Əliyev Ələkbərin nəinki obyektini yerlə-yeksan edərdi, özünü də çılpaq şəkildə evindən çıxarıb həbsə göndərərdi.
Ümumiyyətlə, Ə.Əzizov yan-yörəsini vəzifədə görməyi sevən məmurdur. O, həmin icra başçısıdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunu pozaraq bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin edib.
Əziz Əzizov o icra başçısıdır ki, uzun illərdir Suraxanı İH-də İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olan Barxudarov Barxudar kimi peşəkar kadrı işindən getməyə məcbur edib. Ona kiçik vəzifəyə keçirməyi təklif edib.
Bununla razılaşmayan 1-ci dərəcə dövlət qulluqçusu öz ərizəsi ilə işdən çıxıb. Yəni, gəldiyi gündən Suraxanıya “göz verib, işıq verməyib”.
Anaxeber.info məlumat verir ki, prezidentin onu Suraxanıya icra başçısı göndərməkdə niyyəti rayonu dirçəltmək olub.
Amma Əzizovun işi-gücü komanda yığmaq, başına çətir tutan adam saxlamaq, obyektlərə ilişmək, çörəyi bir dükandan çıxan əlilin son ümid yerini sökdürməkdir...
Suraxanıya gəlin, prezident bir nümayəndə yollasın, Bakının ən geridəqalmış rayonu ilə qarşılaşacaqlar: yollar bərbad, səliqə-sahman yox, icra başçısı vətəndaş müraciətlərini eşitmir, onları qəbul eləmir, torpaq satmaq, obyekt tikdirmək Əzizovun yeganə missiyası olaraq qalır və s.
Bundan başqa, Suraxanının Bahar qəsəbəsi sakinləri media tv-yə bildirmişdilər ki, icra başçısı Əziz Əzizov, bacısı oğlanları və yaxın qohumları rayonu viran qoymaqdadır.
Onların sözlərinə görə, prezidentin anti-korrupsiya ilə mübarizəsini, DTX-nın keçirdiyi uğurlu əməliyyatları, icra başçılarının rüşvətxor əməllərinin ifşasını vecinə almayan Əzizov və yaxınları Bahar qəsəbəsində satmadıqları yer qalmayıb.
Qəsəbənin torpaqlarını satmaqla varlanan Ə.Əzizovun kabinetindən keçmiş həmkarı Vilyam Hacıyevin evində olduğu kimi, paçka-paçka avrolar çıxarsa, təəccüb doğurmaz.
Prezident bu cür məmurlara və yaxınlarına qarşı müxalif ampluadadır. Onların davranışlarını vətənə xəyanət adlandırır.
Bütün bunlar göstərir ki, həbs edilən icra başçıları tək deyillər. Bizsə Hafiz Hacıyevin Əziz Əzizov barəsində sensasion çıxışını təqdim edirik:

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam