Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli rayonunda - taxıl biçini davam edir+(FOTOLAR)

 

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır, strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir.

Yenixeber.org: Məhz bunun nəticəsidir ki, Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir. Füzulidə 2019-2020-ci təsərrüfat ilində 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib. Artıq on gündür ki, rayonda taxıl biçininə strart verilib. Taxıl biçininin vaxtında, itkisiz və qısa müddətdə aparılması üçün 50-dan artıq taxılyığan kombayn prossesə cəlb olunmaqla, ilk əvvəl arpa sahələri və düşmənlə təmas xəttinə yaxın olan ərazilərdə biçin işləri həyata keçirilir. Bu günə kimi 5499 hektar sahədə taxıl biçini aparılıb ki, bunun da 4790 hektarı arpa, 709 hektarı isə buğdadır. Havaların yağıntısız, quraq keçməsi biçin mövsümünün vaxtında və itkisiz başa çatdırılmasına imkan verəcəkdir.

 Rayonun taxıl istehsalçıları bu il də buğda sahələrindən ən az 30 sentner məhsul götürməyi, Füzuli rayonunun respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlar sırasındakı yerini qorumağı qarşılarına məqsəd qoyublar. Füzulili taxıl istehsalçıları becərdikləri sahələrdən bol məhsul götürməklə həm rayonun daxili tələbatını ödəyirlər, həm də respublikamızın ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam