Füzulidə taxıl istehsalçılarının müşavirəsi keçirilib
"Xeberinfo.com": Horadiz şəhərində Heydər Əliyev Mərkəzində rayonun taxıl istehsalçılarının müşavirəsi keçirilib. Yığıncaqda RİHB-nın kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Horadiz şəhər, Bala Bəhmənli, Əhmədbəyli kənd Aqroservis filiallarının mütəxəsisləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd təsərrüfatı üzrə idarə və müəssilərin nümayəndələri, fermerlər iştirak edib.
Müşavirəni rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, taxıl biçininə hazırlığın gedişi və yığım qərargahı barədə məlumat verib.
Alı Alıyev bildirib ki, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci il respublikamızda kənd təsərrüfatı ili elan edilib. Qeyd edib ki, 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi və 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə ehtibarlı təminatına dair Dövlət proqramı Füzuli rayonunda diqqət mərkəzində saxlanılır və bu sahədə işlər uğurla həyata keçirilir. Rayonda strateji məhsul olan taxılçılığın inkişafı xüsusi diqqət yetirilir, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görülür.
Alı Alıyev deyib ki, Prezident cənab İlham Əliyevin kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyaların yazılmasında şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda prioritet məsələlərdən biri hesab olunur və bu sahədə şəfaflıq tam təmin olunub.
Alı Alıyev müşavirə iştirakçılarının nəzərinə çatdırıb ki, 2015-ci ilin məhsullu üçün rayonda 31794 hektar sahədə dənli-taxıl bitkiləri əkilmişdir. Bu əkinlərin 19116 hektarını buğda, 12678 hektarını isə arpa bitkisi təşkil edir.
Müşavirədə bildirilib ki, taxıl məhsulları istehsalını hər il stabil olaraq artıran füzulililər bu il 31 min hektardan artıq sahədən məhsul toplayacaqlar. Rayonda strateji məhsul olan taxılçılığın inkişafı məqsədilə iri taxılçılıq “Kraunko” təsərrüfatı və xüsusi ixtisaslaşmış toxumçuluq təsərrüfatları yaradılmışdır.
Horadiz Aqroservis filialı tərəfindən texnikanın vəziyyəti və kombynların təhkim olunma qrafiki barədə məlumat verilmişdir.
Müşavirədə kompaynların təhkim olunma qrafiki elan olunmuş, həmçinin arpa və buğda biçininin, şumun qiymətləri elan edilmişdir.
Qeyd olunmuşdur ki, taxıl biçininə hazırlıq məqsədilə 60-dan artıq kombayn saz vəziyyətə gətirilib.