Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar

İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar

Tərtərin icra başçısı Müstəqim Məmmədovun yaşadığı ev əvvəllər Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının qərargahı olub. 

Yenixeber.org: Bina 90-cı illərdə tikilib və 1998-ci ilə qədər orada əmanət bankı yerləşib. Daha sonra bina YAP-ın yerli təşkilatına verilib. 2016-cı ildə isə təşkilat yeni qərargaha köçüb. Bundan sonra Müstəqim Məmmədov binanı özəlləşdirərək özünə ev edib. Binada o yenidənqurma işləri aparıb və bir mərtəbə artırılıb. Və həmin vaxtdan icra başçısı özəl mülkiyyətə çevirdiyi həmin villada yaşamağa başlayıb.

Məlumata görə, həmin ev Tərtərin mərkəzi ərazilərindən hesab edilən Nərimanov küçəsində yerləşir. Həmin küçədə yaşayış və inzibati binalar yerləşir. “O ərazidə həyət evi yoxdur və heç vaxt olmayıb”, - deyə sakinlər bildirib.

İcra başçısı evinin kənarında “dayanmaq qadağandır” nişanı da quraşdırıb. Həmin ərazidə maşını saxlayan sürücü dərhal yol polisi tərəfindən cərimələnir.

Dünən məlumat verimişdik ki, icra başçısı evinin yaxınlığında yerləşən Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Müstəqim Məmmədov bu addımı evinin görünməməsi üçün atıb. Hazırda liseydə Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb.

Qərargahın villaya çevirilməsi zamanı çəkilmiş fotoları təqdim edirik:

İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar
İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar
İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar
İcra başçısının villası YAP-ın əvvəlki qərargahı olub - Fotolar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam