Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Metroya tibbi maskasız giriş-qadağan olunacaq

“Bakı Metropoliteninin yenidən fəaliyyətə başlaması zamanı sərnişinlərin təhlükəsizliyi ilə bağlı Tədbirlər Planı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq hazırlanacaq”.

Yenixeber.org: Bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, müxtəlif variantlar üzrə müvafiq tədbirlər görüləcək: “Metropoliten qoyulan şərtlər üzrə fəaliyyət göstərəcək. Bildiyimiz odur ki, Operativ Qərargah tərəfindən hazırlanan metodiki göstərişə əsasən, sosial məsafənin qorunması öz qüvvəsində qalacaq, metroya tibbi maskasız giriş qadağan olunacaq”.

B. Məmmədov əlavə edib ki, metodiki göstərişlərdəki digər bəndlər üzrə işlər indiyə qədər aparılıb və bundan sonra da davam etdiriləcək: “Sərnişinlərin təhlükəsizliyinə dair bütün mümkün variantlar nəzərdən keçirilir. Əsas nüanslardan biri metronun iş qrafiki ilə bağlıdır. Adi iş rejimi üçün metronun hərəkət qrafiki hazırdır. Digər şərlər olarsa, ən qısa zamanda həmin şərtlərə uyğun da qrafik hazırlanaraq tətbiq olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam