Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

BNA -pandemiyadan qorunmaqla bağlı yeni təşviqedici materiallar hazırlayır

“Artıq 40 gündən çoxdur ki, Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları səhər saat 06:00-dan 10:30-a və axşam saat 16:30-dan 20:30-a qədər avtobus dayancaqlarında, Koroğlu Nəqliyat Mübadilə Mərkəzində xidmət aparırlar və xidmət zamanı sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının zəruriliyini əhalinin diqqətinə çatdırırlar”.

Yenixeber.org: Bu sözləri “Real” TV-nin efirində Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Eyni zamanda, pandemiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlanıb. Həmin metodiki göstərişlərin ictimai nəqliyyatla bağlı hissəsinin icrası çərçivəsində əlavə təşviqedici materiallar hazırlanır. Materialları nəqliyyat mərkəzlərində, dayanacaqlarda yerləşdirəcəyik ki, tibbi maska taxılmasının, sosial məsafə gözlənilməsinin zəruriliyini sərnişinlərin diqqətinə çatdıraq. Bu metodiki göstərişlərdə xüsusi ilə də piyada gəzməyin əhəmiyyəti ilə bağlı təşviqedici materiallar yerləşdiriləcək”, - deyə M.Ağayev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam