Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Təsərrüfat torpağı olanlara 190 manat nə üçün verilmir? - Ekspertdən AÇIQLAMA


Məlum olduğu kimi yeni növ koronavirusa səbəbilə, ölkədə tətbiq edilən karantin qaydalarına görə, bir çox iş yerləri bağlanıb. Bu səbəbdən dövlət tərəfindən həm işsizlərə, həm də pandemiyadan zərər görən sahibkarlara yardım edilir. Ancaq yardımın verilməsi üçün bəzi qaydalar mövcuddur. Misal üçün hər hansı vətəndaş işsiz olsa belə onun adına təsərrüfat torpağı varsa yardım edilmir. Bu səbəbdən kənt təsərrüfatı işləri ilə məşğul olan bir çox vətəndaş qərardan narazı olduqlarını, hazırda torpaqdan heç bir gəlirin gəlmədiyi vaxt olduğunu və sair bildirdilər. Mövzuya aydınlıq gətirmək üçün iqtisadçı, ekspert Eyyub Kərimli ilə əlaqə saxladıq. 
Yenixeber.org: Eyyub Kərimli açıqlamasında bildirdi ki, dövlət tərəfindən verilən sosial paketin əsas məqsədi ondan ibarətdir ki, pandemiyadan zərər çəkən sahələrə yardım edilsin: "Ümumi götürəndə kənt təsərrüfatı sahəsi pandemiyadan zərər çəkən sahələrdən deyil. Bu səbəbdən onlara məlum xəstəlik səbəbilə yardımın ayırlmaması hesab edirəm ki, düzgün addımdır. Bir çox adam deyir ki, indi məhsul götürülən vaxt deyil. Axı, keçən il bu vaxt da məhsul götürülən vaxt deyildi. Burada vacib məqam odur ki, bu proses onların gəlirlərinə təsir göstərmir. Əgər hansı şəxs torpağı olmadığı halda oranı əkib becərməyibsə bunun da pandemiya ilə heç bir əlaqəsi yoxdur. İndi çox gərgin bir vaxtdır, neftin qiyməti aşağı düşüb, bu səbəbdən həqiqətən etiyacı olanlarla olmayanlar dəqiq şəkildə araşdırılmalı və lazım olan şəxslərə kömək edilməlidir".
Ekspert Nicat Nəsirli isə mövzu ilə bağlı açıqlamasında dedi ki, kənt təsərrüfatı sahəsi lazımi şəkildə dəyərləndirildikdə gəlirli sahədir: "İndi gedin bazara baxın görün 2-3 manatdan ucun pomidor tapa bilirsiz? Yazlıq əkin var, payızlıq əkin var. Əgər torpaq bu şəkildə istifadə edilərsə kifayət qədər gəlir götürmək mümkündür". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam