Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabiq prezident niyə həbs edildi?

 

Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə.Mustafayev məhkəmə zalında həbs edilib. 

 

"Xeberinfo.com":  “Yeni Müsavat”a istinadən xəbərə görə, “Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayevin ittiham olunduğu cinayət işinə keçməmişdən öncə onun haqqında bəzi ilginc məlumatları çatdırmaq istərdik. Vaxtilə nüfuzlu və gəlirli bir komitəyə rəhbərlik etmiş Ənvər Mustafayevin adı ilk dəfə 2000-ci ildə Azərbaycanda çox qalmaqallı bir məhkəmə prosesində gündəmə gəlmişdi.  

Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayevə qarşı ittihamlardan biri də “Azarbalıq”ın sədri Ənvər Mustafayevin öldürülməsini sifariş verməsi ilə bağlı idi. İttihamda bildirilirdi ki, Nizami Qocayev Ənvər Mustafayevə qarşı sui-qəsdi “Yevlaxlı Alik” kimi tanınan Əli Məmmədova tapşırıb, amma bu plan hansısa səbəbdən baş tutmayıb. Ali Məhkəmədə bir neçə ay davam edə bu qalmaqallı məhkəmə prosesi  2000-ci ilin  13 martında yekunlaşdı. “Yevlaxlı Alik” ömürlük azadlıqdan məhrum edildi, N.Qocayevə isə 10 il həbs cəzası verildi. 

İki il sonra isə Nizami Qocayev əfv edildi. Məhkəmədə bu sui-qəsd işi üzrə bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Hazırda da İsmayıllı Rayon Polis Şöbəsinin rəisidir. 

Ömürlük olaraq azadlıqdan məhrum edilmiş, “Yevlaxli Alik” isə ötən ilin iyununda Penitensiar Xidmətin Müalicə Müəssisəsində qırtlaq xərçəngindən vəfat etdi... Qeyd edək ki, Ə.Mustafayev Qarabağda yaxşı sözlərlə xatırlanan, Şuşanın polis rəisi olmuş rəhmətlik Ələmdar Tağıyevin qardaşıdır.   

Bəs, necə oldu ki,  Ə.Mustafayev özü cinayət iştirakçısı oldu?

İttiham aktında deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun 224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları Heydər Əliyev Fondunun xətti ilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcək.

“Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMI) müraciət ediblər. Polis işə qarışdıqdan sonra Ə.Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa, zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə qaytarılıb və qəbz də verilib. 

“Azərbalıq”ın keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa müddətdə ödəyəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev borcu qaytarmayıb. Zərərçəkən tərəfin səyləri nəticəsində yenidən cinayət işi başlanıb, iş üzrə bir neçə dəfə məhkəmə prosesi keçirilib.  Nəhayət, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində zamində olan Ə.Mustafayev həbs edilib. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam