Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İntihar edən polkovnikin qardaşı bəraət aldı

 

 

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən Mətləb Mustafayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb

 

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, M.Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat nəticəsində həbs edilib. Belə ki,  M.Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Onu da qeyd edək ki, M.Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib. O ifadəsində bildirib ki, MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi E.Quliyev və onun müavini İlqar Əliyev ondan başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

E.Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam