Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Beyləqan Rayon Məşğulluq İdarəsində özbaşınalıq-İTTİHAM

  Beyləqan Rayon Məşğulluq İdarəsinin müdiri İlham Yunis oğlu Quliyev vətəndaşların telefon, poçt və internet vasitəsilə etdikləri müraciətlərə cavab vermir,...

Yenixeber.org: Bu haqda tanınmış jurnalist Tapdıq Abbas özünün FB səhifəsində yazıb: 

"...Sizə bildirirəm ki, Əmək və Əhainin Sosial Müdafiə Nazir Sahil Babayevin tabeçiliyində olan Məşğulluq idarələrinin əksər müdirləri koronovirus pandemiyası ilə bağlı Sizin əhaliyə ayırdığınız yardımı mənimsəmək məqsədilə əhaliyə qarşl hər cür maneələr törədirlər, xalqı dövlətdən narazı salırlar, incidirlər, hətta bəzi hallarda təhqir edirlər! Bu cür təxribat yaradıb, xalqı Prezidentin əlehinə qaldırmaqla məşğuldurlar!
Əhlinin redaksiyamıza etdiyi şikayətlər əməkdaşlarımız tərəfindən araşdırılaraq, müəyyən olunub ki, nazir Sahil Babayevin tabeliyində olan bir sıra rayonların rəhbər vəzifəli şəxsləri, o cümlədən Beyləqan Rayon Məşğulluq İdarəsinin müdiri İlham Yunis oğlu Quliyev vətəndaşların telefon, poçt və internet vasitəsilə etdikləri müraciətlərə cavab vermir, hətta idarənin qapısını içəridən bağlayıb, kabinetdə gizlənir, mobil relefonunu söndürüb və vətəndaşların yardım almaq barədə sorğularına belə, onlayn formada cavab vermir! İdarə müdirinin xalqa qarşı bu cür məsuliyyətsiz münasibəti nəticəsində, son bir həftə ərzində yalnız Beyləqandan redaksiyaya mindən çox vətəndaş şikayət məktubu göndərib!
Ölkə əhalisinin koronavirus pandemiyasından mühafizə olunmasına vaxtında, səmərəli və çox böyük yardım etdiyiniz üçün bütün həmkarlarım adından Sizə təşəkkür edirəm və əhaliyə yardım edilməsi prosesində maneə, əngəl yaradan məmurlar barəsində ciddi tədbir görülməsinə göstəriş verməyinizi xahiş edirəm!"

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam