Şikayətdə bildirilir ki, mərkəz direktoru öz qohum əqrabası olmayanları işsiz statusu ilə təmin etdiyi zaman ödəniləcək kompensasiyanın ən azı 6 ayını əvvəlcədən alır...
Yenixeber.org: Bu iddia ilə Beyləqandan saytımıza daxil olan şikayət məktubunda rayon sakinləri çıxış edirlər.
Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edildikdən sonra bu qurumda aparılan bir çox islahatlar müsbətə doğru nəyinsə dəyişəcəyi ümidi yaratmışdı. Ancaq nazirin özündən öncəki xələflərinin dövründə korrupsiya bataqlığına batmış bəzi şəxslər yenidən etimad göstərməsi Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlyində əsas söz sahibi olmadığını göstərdi.
Mətbuatda təkzib olunmayan məlumatlara görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Sahil Babayevin müavinləri ilə birlikdə şöbə müdirləridə öz kadrlarını qurumun idarələrinə rahat şəkildə yerləşdirə bilirlər. Hazırda nazirlikdə əsas söz sahibi olan şöbə müdirlərinin başında Daxili Nəzarət İdarəsinin rəisi Heybət İmanovun durduğu deyilir.
Xatırladaq ki, Heybət İmanov Füzuli Ələkbərovun dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırkən nazirin “qara kassası” kimi tanınıb və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində korrupsiyanı idarə edən əsas şəxslərdən biri olub. Səlim Müslümov nazir təyin olunduqdan sonra isə Heybət İmanovu Əjdər Cəbiyev əvəz edib və İmanov nazirlikdən uzaqlaşdırılıb.
Sahil Babayev nazir gəldikdən sonra isə Heybət İmanovun ulduzu yenidən parlayıb və bu şəxs yenə də ƏSMM sistemində korrupsiyanı idarə edən şəxslərdən birinə çevrilib. Hazırda ƏSMM-də korrupsiyanı tam idarəe edə bilmək üçünsə Heybət İmanov köhnədən onunla çalışan insanları yenidən rayonlarda vəzifəyə gətirməkdədir.
Belə məmurlardan biridə Beyləqan Məşğulluq Mərkəzinin direktoru İlham Quliyevdir. Beyləqndan saytımıza daxil olan məlumata görə Füzuli Ələkbərovun dövründə rayon Məşğulluq Mərkəzinin Direktoru işləyən İlham Quliyev həmin dövrdə çoxlu sayda saxta işlərə imza atmaqla tanınıb. Səlim Müslümovun dövründə işində yol verdiyi nöqsanlara görə işdən qovulan İlham Quliyev bir müddət Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə məşğul olub. Ancaq Heybət İmanov ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn kimi İlham Quliyevdə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Beyləqanda bu təyinatın arxasında Heybət İmanovun birbaşa dayandığını isə bilməyən yoxdur.
Beyləqandan saytımıza daxil olan şikayətdə iddia edilir ki, İlham Quliyev Səlim Müslümovun dövründəki ab-havanı yenidən dirçəldib. Belə ki, mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdıraraq hər ay dövlət vəsaitini mənimsəyir.
Bu məsələdə İlham Quliyev “İşsizin DOSTu” proqramından yararlandığı iddia edilir. Rayon sakinləri bildirirlər ki, icra başçısı Asif Ağayev vətəndaşlarla səyyar görüşlərdə işlə təmin etdiyi şəxslərdən başqa həmin siyahıda adı olanların əksəriyyəti İlham Quliyevin adamlarıdır.
Belə ki, Məşğulluq Mərkəzinin direktoru öz yaxınlarının, dost tanışlarının adlarını DOST MMC-nin siyahısına salaraq onlara “işsiz” statusu verir İşsiz statusu alanların kartları isə İlham Quliyevdə qalır.
Şikayətdə bildirilir ki, mərkəz direktoru işçi statusu ilə təmin etdiyi şəxslərə verilən pulun ən azı 6 ayını əvvəlcədən alır. İlham Quliyevdə həmçinin onlarla kartın olduğu iddia olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(MilliYol.az)