Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Füzuli RİH-nin başçısı - rayonun nəzarət postlarında xidmət aparan polislərlə görüşdü

 

 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri  koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejiminin təmin olunması məqsədilə rayon ərazisində qurulan polis nəzarət postlarında olub, burada xidmət aparan polis əməkdaşları ilə görüşüb, onların xidməti ilə maraqlanıb.

Yenixeber.org: Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilib ki, koronovirus epidemiyasının qarşısının alınması, insanların sağlamlığının qorunması  məqsədilə Füzuli rayon poliş şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, rayon ərazisində insanların hərəkətinin tənzimlənməsi məqsədilə nəzarət postları təşkil edilib. Polis əməkdaşları həmçinin rayonun bütün yaşayış məntəqələrində insanlar arasında maarifləndirmə-xəbərdarlıq işləri aparır, vətəndaşlardan xüsusi karantin rejiminin qaydalarına əməl etmələrini, zərurət olmadıqda evdən çıxmamaları, yalnız təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantıları atıldıqda evdən çıxmalarını, ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmələrini, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmələrini tövsiyə edirlər.

Alı Alıyev gecə-gündüz yorulmadan xidmət aparan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri nəzarət postlarında xidmət aparan polis əməkdaşlarına ərzaq bağlamaları veriblər. 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam