Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli RİH-nin başçısı -aztəminatlı ailələrə ərzaq yardımı edib

 Füzuli rayonunda Azərbaycan Respublikası  Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus (COVID -19) infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. 

Yenixeber.org: Karantin rejimi zamanı ən çox əziyyət çəkən insanlar tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlardır. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun müxtəlif yaşayış məntəqələrində tənha yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşların siyahısı hazırlanıb, onlara vaxtaşırı olaraq ərzaq yardımı verilir və digər köməklik göstərilir. Bu günlərdə Füzuli rayon icra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun müxtəlif kənd və qəsəbələrində yaşayan yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara ərzaq bağlamaları və tibbi ləvazimatlar çatdırıb. 

Bu nəcib təşəbbüsü razılıq hissi ilə qarşılayan ahıl vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prerzidentinə və Birinci Vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq yaşayış məntəqələrində olaraq xüsusi karantin rejiminin tələblərinə riayət olunmasının monitorinqi aparır, insanlara karantin rejiminin tələblərinə ciddi riayət etmələrini, özlərinin və ailələrinin sağlamlığı üçün milli həmrəylik nümayiş etdirərək evda qalmalarını tövsiyyə edir.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam