Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

"Azərenerji"və "Azərişıq" insanlara zülmət yaşadır-Mağara təfəkkürü ...

 

 Yenixeber.org: Bu gün Qobu qəsəbəsindən başlayaraq Müşfiqabad qəsəbəsinə qədər, 100 minə yaxın insanın məskunlaşdığı ərazilər elektrik enerjisindən məhrum olub. 2 saata yaxındır ki, adıçəkilən ərazilərdə işıq yoxdur. İnsanlar küçələrə çıxır, nə baş verdiyini anlamaq üçün bir-birindən sorğu sual edirlər. "Azərişığın" qaynar xətti bildirir ki, ərazidə təmir işləri aparılır və bu proses bir neçə saat davam edəcək. Qeyri- rəsmi mənbələrdən aldığımız məlumatlara görə "Azərenerji"nin rəhbəri Baba Rzayevlə, "Azərişığ"ın yeni rəhbəri Vüqar Əhmədovun münasibətlərində bir müddətdir ki, soyuqluq yaranıb. Bir-birinə qarşı kompromat savaşına çıxan qurum rəhbərlərinin arasında yaranan anlaşılmazlığın əziyyətini insanlar çəkirlər. Elektrik enerjisi təminatında yaranmış məhdudiyyətlərlə bağlı hər iki qurumun mətbuat xidmətlərinə ünvanladığımız suallara bizi qane edən cavablar ala bilmədik. Adamlara başa sala bilmədik ki, xüsusi karantin rejimi dövründə evdə oturan vətəndaşların işığını kəsməklə onların onsuz da gərgin olan psixoloji və emosional durumuna ciddi zərbə vurursunuz. Təmir işlərini bir müddət sonraya saxlaya bilməzsinizmi? Mağara təfəkkürlü hansı gerizəkalının ideyasıdır bu?...Məntiq onu deyir ki,bu qurumların rəhbərləri belə həssas zamanda insanları məcbiriyyət qarşısında etiraz aksiyalarına təhrik etməklə onıarı dövlətdən narazı salırlar. Hər halda görünən mənzərə bundan ibarətdir. Problemi nəzarətdə saxlayaraq yaxın saatlarda əlavə məlumat verəcəyik.

Vasif Paşayev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam