Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Xaçmazda - xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlandı

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi və rayon sakinlərinin sağlamlıqlarının qorunması istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilmiş xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərini riayət etməyən şəxslərdə aşkarlanıb. Belə ki, polis əməkdaşları tərəfindən rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam