Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Abiyevin yaylaqlarda qurduğu postlar, yaxud Fatı dur, Fatı otur”

 

Abiyevin yaylaqlarda qurduğu postlar,  yaxud Fatı dur, Fatı otur” 

Ötən sayımızda http://sabahnews.az/manet/935-hd-abyevin-avropadak-mulklri-kicik-rayondak-boyuk-korrupsiya-layihlri.html “Əhəd Abıyevin Avropadakı mülkləri- kiçik rayondakı böyük korrupsiya layihələri” başlıqlı məqalədə icra başçısının Daşkəsəndəki korrupsiya əməllərindən yazmışdıq.

 Yenixeber.org: Tender layihələri adı altında dövlətdən oğurlanan milyonların aqibətini, yəni Avropada Abıyevin şəxsi mülkləri kimi zühur etməsini qeyd etmişdik.
Ancaq onun qazancı tək tenderlərdən və abadlıq işlərinə ayrılmış dövlət pullarından ibarət deyilmiş.

                           Çobanların qənimi

Redaksiyamıza verilən məlumatlarda deyilir ki, Əhəd Abıyevin yaylağa qalxan 3 istiqamətdə postu var. “Xanlar” rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır.

Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda Əhəd Abıyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.

Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar.

Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır.

                                     Qəbirstanlığın yanında restoran tikib

Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.

Prezident aparatına ünvanlanmış  çoxsaylı müraciətlərdə vətəndaşlar Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd edirdilər.

Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğurub.

Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında restoran yaratması da etirazla qarşılanıb. 
Bu illərdə artıq Abıyev  özünü rayonda tipik sovet parkomu kimi aparmağa başlayır.  İcra hakimiyyətində hgeç bir vətəndaşın etirazı ,şikayəti dinlənilmir. Hətta müavinlərinə belə  “Qatarda”teletamaşındakı Dadaşov obrazı kimi “Fatı otur, Fatı dur” prizmasından yanaşır.(Sabahnews.az)
Ardı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam