Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İcra başçısının oğlunun-üç şirkəti üzə çıxdı

İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı

Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevin oğlu Orxan Allahverdiyev 3 şirkətin təsisçisir.

Yenixeber.org: Bu haqda xəbəri araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb. O, inteernet Vergi İdarəsinin reyster məlumatlarına əsasən bildirib ki, O. Allahverdiyevin 4 həmtəsisçidən biri olduğu "İnvest-2011" Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ilin dekabrında qeydiyyatdan keçib. Şirkətin digər həmtəsisçiləri arasında keçmiş deputat Yusif Hümbətovun oğlu Asim Hümbətov da var.

Orxan Allahverdiyev həmçinin 2008-ci iliin sentyabrında qeydiyyatdan keçmiş və Fətəli Xan Xoyski pr., ev 113, m. 48 ünvanında hüquqi qeydiyyatda olan "O.Ş-İnşaat" məhdud məsuliyyətli cəmiyyətinin də təsisçisidir. Ötən il bu şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati tənbeh edilməsi barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarmışdı.

İcra başçısının oğlunun sahibi olduğu 3-cü şirkət - "Amiras" məhdud məsuliyyətli cəmiyyəti 2007-ci ilin martında qeydiyyata alınıb. Şirkət Yasamal rayonu Həsənbəy Zərdabi pr. ev 84, mənzil 111-də hüquqi qeydiyyatdadır.

Elxan Allahverdiyev özü icra başçısı təyinatına qədər müxtəlif şirkətlərdə çalışıb. O, il yarım əvvəl Xaləddin İsgəndərovun yerinə Binəqədi rayonuna icra başçısı təyin edilib.
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdıİcra başçısının oğlunun üç şirkəti üzə çıxdıİcra başçısının oğlunun üç şirkəti üzə çıxdı

(Yenisabah)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam