Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Səlim Müslümovun oğlunun şirkətlərinin adları açıqlandı —FOTOLAR

 

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun oğlu Turqay Müslümlü Edinburq Universitetini başa vurduqdan sonra biznes fəaliyyətinə başlayıb.

Yenixeber.org: Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, T.Müslümlü 2017-ci ilin noyabrın 23-də Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində 4 şirkət qeydiyyatdan keçirib: “Şirkətlər Turqay Müslümovun yaşadığı ünvanda – Binəqədi rayonu, Ziya Bünyadov , ev 7a-da hüquqi qeydiyyata alınıb.

1.”Orion Global” Məhdud Məsuliyyətli Cəmiyyəti əsasən xidmət sahəsini əhatə edir. Dəbdəbəli “Orion Palace” Səlim Müslümovun biznesində əhəmiyyətli yer tutur və bu şirkət üzərindən idarə olunur.

2.”Orion Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti sahəsində fəaliyyət göstərir.

3.”Orion Cars” Məhdud Məsuliyyətli Cəmiyyəti şəhərin müxtəlif səmtlərində bahalı və VİP salonlu avtomobillərin icarəsi ilə məşğuldur.

4.”Orion Creative Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti əvvəlcə Turqay Müslümlünün adına qeydiyyatdan keçirilsə də, sonradan Səlim Müslümovun digər oğlu Asim Müslümlünün adına rəsmiləşdirilib.

Asim Müslümlü də Britaniyada, Edinburq Universitetində təhsil alıb, hazırda İsveçrədə yaşayır.

Qeyd: Səlim Müslümov 1995-ci ildən bəri hazırki iqtidarın komandasında yüksək vəzifələr tutub, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. (pravda.az)

 

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

undefined

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam