Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Şeyxin oğlu Məhəmməd Paşazadənin biznesi üzə çıxdı-FOTOFAKT

 Yenixeber.org: Şeyx həzrətlərinin oğlu PAŞAZADƏ MƏHƏMMƏDin də biznes şəbəkəsi üzə çıxdı. Bu haqda araşdırmaçı jurnalist Cavanşir Həsənli fb səhifəsində yazıb:

"Şeyx həzrətlərinin oğlu PAŞAZADƏ MƏHƏMMƏD 2009-cu ilin aprelində Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçmiş "BAQİ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin 3 təsisçisindən biridir. Şirkətin digər həmtəsisçiləri İsmayılov Adəm Ismayıl oğlu və Əliyev Afiq İlyas oğludur.
Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NİZAMİ, ev 92-də hüquqi qeydiyyatdadır, fəaliyyəti haqqında ətraflı məlumat yoxdur.
Məhəmməd Paşazadə həmçinin 2012-ci ilin fevralında qeydiyyatdan keçmiş "PLAST-KABEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin həmtəsisçisidir. Şirkətin digər təsisçiləri ehtiyatda olan general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev və Hüseynov Mətləb Balabəy oğludur. Şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 14, m. 89-dur.
Tamerlan Əsədullayev eyni zamanda "EUROPEAN GOODS" və "BEAUTYMED" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTlərinin də qanuni təmsilçisidir.
Tamerlan Əsədullayev Şeyxülislam Hacı Allahşükür Paşazadənin bacıoğlusudur.
Məhəmməd Paşazadə atasının Çexiyadakı şirkətinə (əvvəlki adı "Aynur-KV" olub, sonradan adı dəyişdirilərək "Mahammad International" adlandırılıb) qısa müddət ərzində rəhbərlik edib, lakin ötən il şirkətin ləğvi üçün müvafiq qurumlara müraciət edib".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

Cavanşır Həsənli adlı şəxsin şəkli.
Cavanşır Həsənli adlı şəxsin şəkli.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam