Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AQTA - quş kəsimi sexini bağladı

AQTA quş kəsimi sexini bağladı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.
Yenixeber.org: AQTA-dan verilən məlumata görə, həyata keçirilən monitorinqlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şağan kəndi R.Səfərov küçəsi 6B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağayev Firudin Mirəhəd oğluna məxsus quş kəsimi sexinə baxış keçirilib.

Baxış zamanı antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə texniki-normativ tələblərə və baytarlıq-sanitariya qaydalarına riayət edilmədiyi aşkarlanıb.

Məlum olub ki, sexin ərazisinə daxil olan quşlar baytarlıq müayinəsindən keçirilmir, quş ətinin orqanoleptik qiymətləndirilməsi aparılmır. Eyni zamanda sexdə məhsulların emalı və saxlanılması qida təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilmir.

Aşkar olunan faktlar əsasında Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması, istehlakçı hüquqlarının müdafiəsi, eləcə də ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam