Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xudatda antisanitar şəraitdə fəaliyyət göstərən toyuq sexi aşkarlanıb (FOTO)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xudat şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən quş kəsimi sexinə baxış keçirilib. Baxış zamanı heç bir dövlət qeydiyyatı olmadan, qanunsuz fəaliyyət göstərən sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, 41 kq soyulmuş toyuq cəmdəyi aşkar olunan emal sahəsində toyuqların texniki-normativ tələblərə əməl edilmədən, kustar üsulla kəsildiyi, antisanitar şəraitdə tükdən təmizləndiyi, uzun müddət aliminium çanaqlarda baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən şəraitdə saxlanıldığı aşkarlanıb.

Məlum olub ki, sexdə hazırlanan toyuq məhsullarının satışı heç bir etiketlənmə aparılmadan pərakəndə şəkildə həyata keçirilir.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexinin fəaliyyəti məhdudlaşdırılıb.

İstehsal olunan məhsullardan nümunələr götürülərək ekspertizanın aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam