Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Bərdədə - antisanitar şəraitdə işləyən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Yenixeber.org: AQTA-dan verilən məlumata görə, Agentliyin əməkdaşları Bərdə rayonu Alaçadırlı kəndində vətəndaş Həsənov Mehman Zakir oğluna məxsus pendir istehsalı müəssisəsinə reyd keçiriblər.

Reyd zamanı saçaqlı pendir istesal edən sexdə əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalı, saxlanılması, daşınması və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqların pozulması faktı müəyyən edilib.

İstehsal müəssisəsinin sanitariya norma və qaydalarına, eləcə də gigiyena normativlərinə əməl edilmədən, antisanitar şəraitdə fəaliyyət göstərdiyi məlum olub.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq sexin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam