Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

“KASPİ”nin MALİYYƏ PROBLEMİ HƏLL OLUNUB? -Qəzetin nəşri davam etdirilir

Kütləvi İnformasiya Vasitələrində Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən maliyyəsi kəsilən “Kaspi” qəzeti nəşrini davam etdirir.

Yenixeber.org: Qəzetin əməkdaşlarının birindən aldığımız məlumata görə, hələlik əvvəlki qaydada davam edirlər. Qəzetin kollektvi ixtisar olunmayıb, maaşlar kəsilməyib, habelə dövrülüyü də azaldılmayıb. 

Nəşrin təsisçisi və baş redaktoru Prezidentin sabiq köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva kollektivə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Xatırladaq ki, KİVDF fevralın əvvəlində dövlət yardımı ayrılacaq qəzetlərin adlarını elan edib və “Kaspi” və onun rusca əlavəsi olan “Kaspiy” qəzetlərin adları siyahıya salınmayıb.

Qəzetin təsisçisi Sona Vəliyeva və Əli Həsənov Fondun qərarına etiraz edərək, ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar israrla yardımın bərpa olunmasını xahiş ediblər. Əks halda kollektivi ixtisar etmək, hətta fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqları mesajını verirdilər.

Sona Vəliyeva və Əli Həsənovun maliyyə problemindən şikayətlənməsi təbii ki, ictimaiyyət tərəfindən təəccüblə qarşılanıb. Məlum səbələrdən bu bəyanatlar cəmiyyətdə böyük rezonans doğurub.

Ola bilsin bu səbəbdən problemi böyütmədən qəzetlərin maliyyələşməsini bir müddət də davam etdirməyə qərar veriblər.

Xatırladaq ki, adıçəkilən hər iki qəzet Əli Həsənovun Prezidentin köməkçisi olduğu dövrdə Fondan aylıq 40 min manat almaqla birinci kateqoriya daxil edilib. Fevral ayında isэ maliyyəsi dayandırılıb.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam