Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ƏLİ HƏSƏNOVUN QƏZETİNİN PULU KƏSİLDİ! –Kollektiv Prezidentə müraciət etdi

 

 

"Kaspi" qəzetinin kollektivi Prezident İlham Əliyevə müraciət edib. 

Yenixeber.org: "Kaspi.az" saytında yerləşdirilən müraciətdə bildirilir ki, fevralın 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısı üçün qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur.

Müraciətdə təəssüflə qeyd olunur ki, KİVDF "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib: "Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə? Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır".

Müraciətdə xatırladılır ki, 1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub, hazırda gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.

 

 

Müəlliflər Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi olduğunu, bundan başqa 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq etdiyi vurğulayır: "Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az saytımız mövcuddur. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb".

Müraciətdə qeyd olunur ki, qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə onlara heç bir məlumat verilmir: "KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur".

"Kaspi" qəzetinin kollektivi Prezidentdən xahiş edir ki, qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardım etsin.

Xatırladaq ki, “Kaspi” və “Kaspiy” qəzetlərinin rəsmi sahibi Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Bu qəzetlər onun həyat yoldaşı Sona Vəliyeva tərəfindən idarə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam