Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paytaxtdakı bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilib

 

 

Paytaxtın Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.

 

 Yenixəbər.org: Bakı Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi ərazidə aparılacaq təmir işləri ilə əlaqədar prospektin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinədək olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil olunub:

18 və 65 nömrəli marşrutlar

“20 Yanvar” metro stansiyası - 9-cu mikrorayon istiqamətində: Moskva prospekti – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə

135 nömrəli marşrut

Bakı Mühəndislik Universiteti – “Memar Əcəmi” metro stansiyası istiqamətində: Moskva prospekti – R.Cəfərov küçəsi – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə

170 nömrəli marşrut

Binəqədi qəsəbəsi – “Memar Əcəmi” metro stansiyası istiqamətində: Moskva prospekti – Mir Cəlal küçəsi – Asif Məhərrəmov küçəsi – 20 Yanvar küçəsi, daha sonra öz xətti üzrə

“Memar Əcəmi” metro stansiyası - Binəqədi qəsəbəsi istiqamətində: 20 Yanvar küçəsi - Asif Məhərrəmov küçəsi – M.Cəlal küçəsi – Bakı-Sumqayıt şosesi, daha sonra öz xətti üzrə

193 nömrəli marşrut

4-cü mikrorayon – Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində: 20 Yanvar küçəsi - Asif Məhərrəmov küçəsi - S.C.Pişəvari küçəsi – M.Həsənov küçəsi, daha sonra öz xətti üzrə

Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küçəsi - Asif Məhərrəmov küçəsi - 20 Yanvar küçəsi, daha sonra öz xətti üzrə.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam