Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu avtobusların marşrut xəttində dəyişiklik ediləcək

 

Aparılan təmir işləri ilə əlaqədar aprelin 30-dan mayın 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin “Biləcəri enişi” adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu məhdudiyyətlə bağlı həmin ərazidən fəaliyyət göstərən 2, 7A, 13, 14, 29, 37, 59, 67, 83, 91, 92, 96, 114A, 114B, 117, 130, 135, 142, 158, 159 və 170 nömrəli müntəzəm marşrutlarin hərəkətində dəyişiklik olunacaq.

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 2, 7A, 13, 14, 29, 37, 59, 96 nömrəli marşrutların hərəkət istiqaməti “Ekologiya” postunun yaxınlığından geriyə dönməklə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə təşkil ediləcək. 114A, 114B, 135, 159, 170 nömrəli marşrutlar Biləcəri dairəsinə daxil olmadan Bakı-Sumqayıt şosesi ilə hərəkət edəcəklər. 130, 142, 117, 158 nömrəli marşrutların hərəkəti isə ətraf qəsəbələr istiqamətində hərəkət edərkən “Şamaxinka dairəsi” adlanan ərazidən keçməklə təşkil ediləcək. Bundan əlavə, 67, 83, 92 nömrəli marşrutlar Biləcəri qəsəbəsi istiqamətində Biləcəri dairəsinə daxil olmadan R.İsmayılov, Y.Hüseynov, 91 nömrəli marşrut isə Q.Süleymanov, R.İsmayılov, Y.Hüseynov küçələri ilə hərəkət edəcək. Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam